"Renn" finlandiyalı futbolçunu istəyir
"Lids Yunayted"in finlandiyalı oyunçusu Qlen Kamara karyerasını Fransada davam etdirə bilər.
Sportline.az jurnalist Fabritsio Romanoya istinadla xəbər verir ki, 28 yaşlı futbolçu ilə "Renn" klubu maraqlanır.
Fransa klubu bu transfer üçün 10 milyon avro ödəməyə hazırdır.
Qlen Kamara ötəm mövsüm Çempionşipdə çıxdığı 42 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında oyunçunun dəyəri 6 milyon avrodur.
Qeyd edək ki, 2017-ci ildən Finladiya millisində çıxış edən yarımmüdafiəçi ölkəsi ilə çıxdığı 59 oyunda 2 qol vurub.