"Renn"dən "Bayer 04"ə

"Bayer"  "Renn"in müdafiəçisi Januel Belosyanın transferini yekunlaşdırıb.

Sportline.az xəbər verir ki, fransalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Belosian "Renn" klubunun yetirməsidir. Bu mövsüm o, bütün turnirlər daxil olmaqla keçirdiyi 27 oyunda 5 məhsuldar ötürmə edib və 3 vərəqə alıb (2 sarı və 1 qırmızı). Transfermarkt portalı 19 yaşlı oyunçunun qiymətini 10 milyon avro olaraq dəyərləndirir.

Qeyd edək ki, Belosian Fransa U-19 millisinin üzvüdür.