Rəşad Sadıqovdan maraqlı mesaj

UEFA Konfrans Liqasının II mərhələsində "Makkabi Təl-Əviv"lə üz-üzə gələcək "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov İsrail təmsilçi ilə oyunlara nikbin yanaşır. 

Sportline.az xəbər verir ki, bu gün 40 yaşı tamam olan mütəxəssis püşklə bağlı şəxsi "Instagram" hesabında paylaşdığı video ilə buna işarə edib.

"Troya" filmindən olan videoda uşaq Axilles düşmənlə təkbətək döyüşdən çəkindirməyə çalışır: "Onunla döyüşməyə əminsən? Mən həyatımda onun kimi nəhəng birini görməmişəm. Mən olsam, onunla üz-üzə gəlmərəm". 
Filmin qəhrəmanı isə cavabında: "Bax elə buna görə də sənin adın tarixdə qalmayacaq", - deyir.   

Qeyd edək ki, UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.