Rəşad Sadıqov ilk sınağından üzüağ çıxdı
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Alanyaspor"un 21 yaşadək futbolçulardan ibarət komandası olub.
Qarşılaşma Azərbaycan futbolçularının qələbəsi ilə yekunlaşıb - 3:1.
Komandamızın heyətində Nicat Süleymanov (43-cü dəqiqə), Elnur Cəfərov (44-cü dəqiqə) və Ülvi İsgəndərov (70-ci dəqiqə) fərqlənib.
Bu, Rəşad Sadıqovun milli komandada baş məşqçi kimi ilk oyunu olub.
Qeyd edək ki, hazırlıq çərçivəsində futbolçularımız yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət milli komandası ilə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.