"Roma" Jeremi Boqanı transfer etmək istəyir
"Nitsa"nın yarımmüdafiəçisi Jeremi Boqa yenidən İtaliyaya qayıda bilər.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində "Roma" klubu maraqlıdır.
Boqa özü keçidə razılıq verib. Lakin klublar arasında danışıqlar davam edir. Futbolçunun meneceri bu gün romalılarla görüşüb.
Jeremi Boqa ötən mövsüm Liqa 1-də 28 oyuna çıxıb və 6 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, fildişi sahilli futbolçu daha əvvəl İtaliyada "Atalanta" və "Sassuolo"nun formasını geyinib.