"Roma" ərəbistanlı futbolçu transfer edib

"Roma" "Əl-Hilal"ın futbolçusu Saud Abdulhamidi heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu bərədə Səudiyyə klubunun mətbuat xidməti məlumat yayıb.

Səudiyyə Ərəbistanı millisinin 25 yaşlı futbolçusunun "Roma" klubuna keçidinin təfərrüatları açıqlanmayıb.

Ötən mövsüm bütün turnirlər daxil olmaqla 51 oyuna çıxan Abdulhamid bu matçlarda 4 qol və 9 asistlə yadda qalıb.

Qeyd edək ki, futbolçu ötən mövsüm "Əl-Hilal" klubu ilə ölkə çempionatının, ölkə kubokunun və Superkubokun qalibi olub.