"Roma" yeni baş məşqçisi ilə ilk qələbəsini qazandı

"Roma" yeni baş məşqçisi İvan Yuriçin rəhbərliyi altında ilk matçına çıxıb.

Sportline.az xəbər verir ki, canavarlar A Seriyasının 5-ci turunda Olimpiko stadionunda çempionata uğurlu başlayan "Udinese" ilə qarşılaşıblar. Matç meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Roma"nın qələbə qollarını Artyom Dobvik (19), Paulo Dibala (49) və Tomasso Baldanzi (70) vurub.

A Seriyasında ilk qələbəsini qazanan "Roma" 6 xalla 9-cu pilləyə yüksəlib. 3-cü sıradakı Udinesenin aktivində 10 xal var.

Xatırladaq ki, paytaxt klubu ötən həftə çalışdırıcısı Daniele De Rossi ilə yollarını ayırmışdı.