"Roma"da De Rossi dönəmi başa çatdı

Mövsümə uğursuz nəticələrlə başlayan "Roma"da baş məşqçi ayrılığı yaşanıb.

Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 41 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

De Rossi 2024-cü ilin yanvar ayında Jose Mourinyonun komandadan ayrılmasından sonra kluba baş məşqçi təyin olunmuşdu.

Komanda onun rəhbərliyi altında çıxdığı 30 oyunda 1.7 xal ortalaması toplayıb.

Qeyd edək ki, "Roma" 4 həftəsi geridə qalan Seria A-da 3 xalla 16-cıdır.