"Roma" Dibalanın gedişindən sonra 5 futbolçu transfer edəcək

"Roma"nın hücumçusu Paulo Dibala Saudiyyə klubu "Əl-Qadisiya"ya keçməyə yaxındır.

Sportline.az Corriere dello Sport-a istinadla xəbər verir ki, argentinalı futbolçunun transferi rəsmləşdikdən sonra romalıların baş məşqçisi Daniele De Rossi komandasının beş mövqeyini gücləndirmək istəyir.

Paytaxt klubunun transfer siyahısında Danso ("Lens"), Lorents Asinyon ("Renn"), Rodriqo Rikelme ("Atletiko"), Jeremi Boqa ("Nitsa"), Edon Jerqova ("Lill"), Siril Nqonqe ("Napoli") və Bubakari Sumare ("Lester") yer alır.

Qeyd edək ki, "Roma" A Seriyasının 1-ci turunda səfərdə "Kalyari" ilə 0-0 hesablı bərabərliyə razı olub.

Banner