"Roma"nı xorvatiyalı mütəxəssis çalışdıracaq

"Roma" baş məşqçi postuna İvan Yuriçi gətirəcək.

Sportline.az Sky Sport-a istinadla xəbər verir ki, paytaxt klubu mövsümün sonuna qədər 49 yaşlı mütəxəssislə razılıq əldə edib.

Son olaraq "Torino"da çalışan təcrübilə mütəxəssis bu postda Daniele De Rossini əvəz edəcək.

2021-ci ildən 2024-cü ilə qədər "Torino"da işləyən Yuriç komanda ilə çıxdığı 122 oyunda 1.4 xal ortalaması toplayıb.

Qeyd edək ki, xorvatiyalı çalışdırıcı daha əvvəl "Verona", "Cenoa" və "Krotone"yə rəhbərlik edib.