"Roma"nın Dovik üçün ödəməyə hazır olduğu məbləğ məlum olub

"Roma" ukraynalı hücumçu Artem Dobvik üçün "Jirona"ya rəsmi təklif göndərib.

Sportline.az Sky Sport-a istinadla xəbər verir, "canavarlar" 27 yaşlı futbolçu üçün 32 milyon avro və bonuslar ödəməyə hazırdırlar.

Daha əvvəl Dovbikin "Atletiko"dan imtina etdiyi və "Roma" ilə razılığa gəldiyi bildirilirdi.

Qeyd edək ki, Dobvik ötən mövsüm "Jirona"nın heyətində 41 oyunda 25 qol vurub, 10 asist edib.