Ronaldinyo: Kopa Amerikada Braziliya millisinin matçlarını izləməyəcəm

Braziliya futbolunun əfsanəsi Ronaldinyo maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Sportline.az xəbər verir ki, keçmiş futbolçu ESPN-ə verdiyi müsahibədə bu fikirləri səsləndirib.

"Braziliya komandasının Kopa Amerikada heç bir oyununu izləməyəcəm.Millidə qərarlılıq, xoşbəxtlik və yaxşı oyun yoxdur.

Buna görə də heç bir matçı izləməyəcəm".

Ronaldinyo bundan əlavə Vinisius Juniorun Qızıl Topu qazanmağa layiq olduğu bildirib.

Turnirdə hansısa komandaya azarkeşlik edəcəksiz sualına isə Ronaldinyo belə cavab verib.

"Xeyr , mən heç bir komandaya azarkeşlik etməyəcəm. Heç bir oyunu izləməyəcəm" deyə cavab verib.

Qeyd edək ki, ABŞ-də keçiriləcək 2024-cü il Kopa Amerika iyunun 21-də start götürəcək.