Ronaldu millidən kənarlaşdırılıb

Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo UEFA Millətlər Liqasının 4-cü turunda İsveçrə ilə oyuna çıxmayacaq.

Sportline.az xəbər verir ki, bunu millinin baş məşqçisi Fernando Santos matç öncəsi keçirilən mətbuat konfransında bildirib.

Baş məşqçi 37 yaşlı oyunçuya erkən istirahət vermək qərarına gəlib O, Ronaldo ilə yanaşı, Rafael Gerreyro və Joao Moutinyoya da bu imkanı yaradıb. Baş məşqçinin dediyinə görə, ehtiyatda cəmi 23 oyunçu ola bildiyi halda İsveçrəyə 26 futbolçu ilə getməyin mənası yoxdur.

Qeyd edək ki, İsveçrə - Portuqaliya görüşü saat 22:45-də başlanacaq.