"Rostov" bosniyalı qapıçının transferini rəsmləşdirib

“Rostov”  klubu Bolqarıstan “Botev”inin 29 yaşlı bosniyalı qapıçısı Hidayet Hankiçin transferi ilə bağlı razılığa gəlib.

Sportline.az xəbər verir ki, bu  barədə klubun rəsmi hesabı məlumat yayıb.

Rusiya klubu bu keçid üçün qarşı tərəfə 100 min avro ödəyəcək.Müqavilə 4 illik imzalanıb.

Bosniya və Herseqovina millisinə də dəvət alan Hankiç çıxdığı son 19 oyunda 16 qol buraxıb, 10 dəfə isə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, "Rostov" Rusiya Premyer Liqasının son mövsümünü 43 xalla 7-cı sırada tamamlayıb.