"Rostov" uruqvaylı yarımmüdafiəçinin transferini rəsmləşdirib
"Rostov" "Penarol" klubunda çıxış edən Rodriqo Saraviyanı heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu barədə cənub klubunun rəsmi saytı məlumat yayıb.
Bu ilin yanvarında mətbuatda oyunçunun siyasi vəziyyətə görə Rostov klubuna keçməkdən imtina etdiyi barədə məlumatlar yayılmışdı.
Jurnalist İvan Karpovun xəbərinə görə, Saraviya Rostov şəhərinin Ukrayna ilə sərhəddə olmasına görə bu təklifdən imtina etmişdi.
Qeyd edək ki, 23 yaşlı futboçu "Penarol"un heyətində 61 oyunda 1 qol vurub, 1 asist edib.