Ruben Amorim portuqaliyalı futbolçunu transfer etmək istəyir
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim "Sportinq"in portuqaliyalı futbolçusu Fransisko Trinkaonu komandasında görmək istəyir.
Sportline.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu yay transfer pəncərəsi dövründə Trinkaonu heyətinə qatmağı planlaşdırır.
25 yaşlı vingerin hazır ki dəyəri "Transfermarkt" portalına görə 27 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Trinkaonun "Sportinq"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
"Mançester Yunayted" futbolçunun meneceri ilə təmas halındadır.
Trinkao bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 9 qol və 15 məhsuldar ötürmə müəllifi olub.