"Rubin" serbiyalı futbolçusunu icarəyə göndərib
"Rubin" müdafiəçi Uros Drezqiçin komandadan ayrıldığını açıqlayıb.
Sportline.az Kazan klubunun rəsmi saytına istinadla xəbər verir ki, serbiyalı futbolçu icarə əsasında Macarıstanın "Dioşdyer" klubuna keçib.
Mərkəz müdafiəçisinin icarə müqaviləsi 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Rubin"ə 2023-cü ildə transfer olunan Drezqiç klubla birgə 2 oyuna çıxıb.