Rudi Qarsiya "Real"dan danışdı

"Napoli"nin baş məşqçisi Rudi Qarsiya Çempionlar Liqasının qrup mərhələsində "Real"la qarşıdakı oyunu şərh edib.

Sportline.az xəbər verir ki, mütəxəssis rəqib futbolçuları fərqləndirib.

“Biz “Real Madrid”lə birlikdə qrupun lideriyik. Madrid komandası unikal tərkibə malikdir. Onların ən azı 10 futbolçusu var ki, Çempionlar Liqasının finalında "Liverpul"a qarşı qalib gəlib. Benzema fərqli komandada olsa da, onu əvəz etmək üçün Bellinqemi heyətə cəlb etdilər. Onların komandasında Xoselu da var. Ançelottinin hansı heyəti seçəcəyini bilmirəm, ona görə də diqqətimizi özümüzə yönəltməliyik”, – Qarsiya mətbuat konfransında deyib.

"Napoli" oktyabrın 3-də "Real"ı qəbul edəcək. Moskva vaxtı ilə 21.45-də başlayır.