Runinin nömrəsi müəyyənləşdi

"Mançester Yunayted"dən "Everton"a transfer olunan Ueyn Runinin yeni klubunda hansı nömrə ilə çıxış edəcəyi müəyyənləşib. SportLine.az xəbər verir ki, hücumçu mersisaydlıların heyətində 10 nömrəli formada meydana çıxacaq.

Bu formanı ötən mövsüm Romelu Lukaku geyinib. R.Lukaku "Mançester Yunayted"də keçdiyi üçün boş qalan formanı Runi seçib.

Qeyd edək ki, Runi "Mançester Yunayted"dən ayrılaraq "Everton"la 2 illik müqavilə imzalayıb.