Rusiya İranla Səudiyyə Ərəbistanına qarşı
Rusiya millisi bu ilin sentyabr ayında iki yoldaşlıq oyunu keçirəcək.
Sportline.az "SV Pressa" saytına istinadən xəbər verir ki, mümkün rəqiblərin İran və Səudiyyə Ərəbistanı olacağı bildirilir.
Mənbə qeyd edir ki, İranla görüş Tehran və ya Moskvada keçirilə bilər. Səudiyyə Ərəbistanı ilə qarşılaşma isə Qətərdəki dünya çempionatının stadionlarından birində oynanılacaq.
Xatırladaq ki, Rusiya millisi martın əvvəlində FİFA-nın qərarı ilə 2022-ci il dünya çempionatından kənarlaşdırılıb. Ancaq qadağaya baxmayaraq Rusiya Futbol İttifaqının (RFİ) sponsorlarla anlaşmasına əsasən yığma bir neçə görüş keçirməlidir.