Rusiya klubu millimizin futbolçuları ilə müqavilə bağladı

Qadınlardan ibarət Rusiya Super Liqasında yarışan "Yenisey" klubu Azərbaycan millisinin futbolçuları Diana Məmmədova və Alina Dorofoyeva ilə müqavilənin müddətini uzadıb.

Sportline.az AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, onların sözləşmələri müvafiq olaraq 1 və 2 müddətinə yenilənib.

Qeyd edək ki, daha əvvəl "Zenit" klubu millinin digər üzvü Jalə Məhsimova ilə bir illik yeni müqavilə imzalayıb.