Rusiya klubu millimizin futbolçusuna təklif göndərib
Azərbaycan millisinin yarımmüdafiəçisi Rəhim Sadıxov yenidən Rusiyaya qayıda bilər.
Sportline.az xəbər verir ki, Rusiya Premyer Liqasına vəsiqə qazanan "Torpedo" sabiq futbolçusunu geri qaytarmaq istəyir.
Moskva klubunun rəhbərliyi artıq millimizin üzvü ilə danışıqlara start verib. Premyer Liqa klubu 25 yaşlı futbolçuya illik 130 min dollar maaş təklif edib.
Onun xidmətində "Sabah" da maraqlıdı. Amma son olaraq "Sumqayıt"da çıxış etmiş Rəhimin Rusiyaya geri dönəcəyi iddia edilir. 25 yaşlı futbolçunun Azərbaycana gəlməmişdən əvvəlki son klubu "Torpedo" olub.