Rusiya millisinin sabiq futbolçusu AVRO 2024 üçün favoritlərini açıqlayıb

Rusiya millisinin və ‘Spartak”ın sabiq hücumçusu Roman Pavluçenko qarşıdan gələn 2024-cü il Avropa Çempionatının əsəs favoritləri haqqında fikirlərini bölüşüb.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, “Eto futbol, brat” yutub kanalına verdiyi müsahibədə keçmiş futbolçu bu fikirləri səsləndirib.

“Bu Avro üçün favorit kimdir? Bunu demək çox çətindir.Fransa və Almaniya.Mən düşünürəm ki, favoritlər bunlardır.İspaniya və İngiltərənin də şansları heç də az deyil”.

Xatırladaq ki, son olaraq keçirilən Avro 2020-nin qalibi penaltilər seriyasında İngiltərəni məğlub edən İtaliya seçməsi olub.