Rusiya Superkuboku uğrunda görüşün keçiriləcəyi şəhər məlum olub
Rusiyada Superkubok matçının baş tutacağı məkan açıqlanıb.
Sportine.az Championat.com-a istinadla xəbər verir ki, "Zenit" ilə "Krasnodar" arasında keçiriləcək final oyununa Volqoqrad şəhəri ev sahibliyi edəcək.
Xatırladaq ki, futbol üzrə Rusiya Superkuboku uğrunda görüşün iyulun 13-də keçirilməsi planlanıb.
Qeyd edək ki, "Zenit" mövsümü qızıl dublla tamamlayıb. Murad Musayevin rəhbərlik etdiyi "Krasnodar" isə liqanı 2-ci sırada tamamlayaraq Super Kubok matçında oynamağa haqq qazanıb.