Rusiya tarixində ilk dəfə

Rusiya millisi tarixində ilk dəfə Türkiyə seçməsinə uduzub.

Sportline.az xəbər verir ki, Rusiya komandası ötən gecə Millətlər Liqasının 5-ci turunda Şenol Güneşin komandasına 2-3 hesabı ilə məğlub olub.

Bu, Rusiya millisi üçün ilk hesab edilir. Belə ki, komandalar arasında ümumilikdə 8 görüş keçirilib. Onlardan 3-ü heç-heçə, 4-ü Rusiyanın qələbəsi ilə başa çatıb. Ötən gecə isə Türkiyə ilk dəfə bu rəqibini məğlub etməyi bacarıb.

Qeyd edək ki, bunadək Türkiyə 1975-ci ildə SSRİ seçməsinə qalib gəlib.