Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq
Dünya Boks Şurası (WBC) Rusiya və Belarus idmançılarını reytinqlərdən kənarlaşdıracaq.
Sportline.az TASS-a istinadən xəbər verir ki, bu barədə WBC-in prezidenti Maurisio Süleyman qurumun Meksikanın Akapulko şəhərində keçirilən Konqresində açıqlama verib.
Funksioner bildirib ki, sözügedən ölkələrdə döyüşlərə sanksiya qoyulmayacaq, amma onların vətəndaşları WBC titulları uğrunda yarışlarda iştirak edə bilməyəcəklər: "İdmançılara, Rusiya və Belarusdan olan promouterlərə, eləcə də, boks ictimaiyyətinin üzvlərinə dərin təəssüfümü bildirirəm".
Onun sözlərinə görə, Rusiya və Belarus boksçuları vəziyyətdən asılı olaraq, qərara yenidən baxılması üçün müraciət edə bilərlər.