Rusiyada Abramoviç dönəmi başlayır
"Çelsi"nin keçmiş sahibi Roman Abramoviç Rusiyada klub almağa hazırlaşır.
Sportline.az xəbər verir ki, Rusiya mətbuatı 55 yaşlı oliqarxın tezliklə Moskva "Spartak"ının sahibi olacaq.
Paytaxt klubunun hazırkı sahibi Leonid Fedun bir müddət əvvəl Abramoviçin marağında olduğu iddia edilən "Lukoyl"un vitse-prezidenti postundan istefa verib.
Hazırda "Spartak" Rusiya Superkuboku uğrunda "Zenit"lə oyuna hazırlaşır. Qarşılaşma iyulun 9-da Sankt-Peterburqda keçiriləcək.