Rusiyalı futbolçu məşqlərə "QAZ 31"lə gəlir
Moskva "Spartak"ının kapitanı, mərkəz müdafiəçisi Georgi Cikiya ayağındakı zədəni müayinə etdirmək üçün klubun tibb mərkəzinə 1995-ci ilin "Volqa QAZ 3102" markalı avtomobili ilə gəlib.
Sportline.az "Sport.Rambler" saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu maşından axsaya-axsaya düşüb.
Məlumatda qeyd olunur ki, Cikiya klubun məşqlərinə də mütamədi olaraq həmin avtomobillə gəlir.
Paytaxt klubunun futbolçuları Rusiya Premyer Liqasına mövsümöncəsi hazırlıqdan əvvəl planlı tibbi müayinədən keçməyə başlayıblar.