Rusiyalı futbolçu MLS-ə yollana bilər

"Atalanta'nın yarımmüdafiəçisi karyerasını MLS-də davam etdirə bilər.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində "DC Yunayted" klubu maraqlıdır.

Mirançuk ötən mövsüm Berqamo klubunun heyətində 42 oyunda 4 qol və 12 məhsuldar ötürmə ilə çıxış edib. Futbolçu eyni zamanda "Atalanta" ilə Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, təcrübəli futbolçunun Italiya klubu ilə müqaviləsi 2025-ci ildə başa çatacaq.Transfermark Mirançukun transfer dəyərini 10 milyon avro olaraq qiymətləndirir.