Rusiyalı futbolçunu futboldan ömürlük uzaqlaşdırdılar

Rusiyada "Torpedo", "Anji" və "Arsenal"ın sabiq futbolçusu Dmitri Aydov ömürlük futboldan uzaqlaşdırılıb.

Sportline.az xəbər verir ki, buna səbəb 38 yaşlı keçmiş müdafiəçinin oyun alqı-satqısında iştirak etməsi olub. Onun FİFA və quruma üzv federasiyalar tərəfindən təşkil olunan bütün yarışlara girişinə qadağa qoyulub. 

Aydov 2018-ci ildə Belarusun "Qomel" klubunda çıxış edərkən iki oyunun satılmasında ittiham edilir. Onun BATE-yə 0:3, Brest "Dinamo"suna isə 0:6 hesabı ilə uduzduğu matçlara görə 10 min ABŞ dolları aldığı iddia olunur.