Rusiyalılar uzun müddətdən sonra ilk dəfə UEFA matçında

Qazaxıstan millisi UEFA Qadınlararası Millətlər Liqası matçında Ermənistanı səfərdə məğlub edib - 2:1.

Sportline.az xəbər verir ki, oyun Armavirdə (Ermənistan) baş tutub. Görüşü Vera Opeykinanın rəhbərlik etdiyi rusiyalı hakimlər briqadası idarə edib. Opeikinə Yekaterina Kuroçkina və Yelena Sobçuk kömək edib. Ehtiyat hakim kimi Nadejda Qorinova çalışıb.

Rusiyalı hakimlər bir il yarımda ilk dəfə olaraq UEFA-nın himayəsi altında matça çıxıblar.