"Sabah" bombardirini geri qaytardı

"Sabah" klubu sabiq futbolçusu Coy-Lens Mikelsi qaytarıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı vingerlə "1+1" illik müqavilə bağlanıb.

Mikels 2021-2023-cü illərdə “Sabah”ın uğurları üçün çalışıb.

O, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilib.

Futbolçu Bakı klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, Coy-Lens Mikels Bakı klubunun heyətində ən çox qol (69 oyun, 33 qol) vuran futbolçudur.