"Sabah" futbolçusu ilə yolları ayırdı

“Sabah” klubu futbolçusu Abbas Ağazadə ilə yollarını ayırıb.

Sportline.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ağazadə 2019-cu ildən “Sabah”da çıxış edirdi.

Qeyd edək ki, "Sabah" klubu daha əvvəl Yevgeni Koçukla sözləşməni ləğv edib, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünü isə Niderlandın "Telstar" klubuna icarəyə verib.