"Sabah" klubu Namik Ələskərovla müqavilə bağlayıb

Türkiyə "Bursaspor"undan ayrılan Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Sabah"la 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.