"Sabah" klubunda yeni müqavilə

“Sabah” klubu Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 1 ildir.

Azərbaycan millisinin üzvü olan futbolçu 2020-ci ilin dekabrından “Sabah”ın uğurları üçün çalışır.

O, bu komandanın heyətində ümumilikdə 36 oyun keçirib.