"Sabah"da afrikalı hücumçu
"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fil Dişi Sahilindən olan hücumçu Tiemoko Fofana komandanın uğurları üçün çalışacaq.
21 yaşlı futbolçu Finlandiyanın "İlves” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.
Fofana karyerası ərzində "İlves” dən başqa Danimarkanın "Norşellan” klubunun U-19 komandasında da çıxış edib.