"Sabah"ın futbolçusu cəzalandırıldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının VIII turunun "Qəbələ” – "Sabah” oyununda qonaq komandanın futbolçusu Nikola Vuyadinoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb.
Klub isə 200 manat cərimə olunub.
Qeyd edək ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.