"Sabah"ın rəqibləri bu gün bəlli olacaq
"Sabah" basketbol komandasının Çempionlar Liqasının müntəzəm mövsümündəki rəqibləri bu gün bəlli olacaq.
Sportline.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Lozanna şəhərində baş tutacaq.
Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Azərbaycan çempionu püşkatmaya üçüncü səbətdən qoşulacaq.
Çempionlar Liqası, müntəzəm mövsüm
1-ci səbət: "AEK" (Yunanıstan), "Alba" (Almaniya), "Qalatasaray" (Türkiyə), "Xuventut", "Tenerife", "La Laquna", "Drimlend", "Unikaxa" (hamısı İspaniya), "Ritas" (Litva)
2-ci səbət: "Nimburk" (Çexiya), "Filu" (Belçika), "Hapoel" (Netanel, İsrail), "İqokea M:tel" (Bosniya və Herseqovina), "Benfika" (Portuqaliya), "Tofaş" (Türkiyə), "Riqa" (Latviya)
3-cü səbət: "Bney Herzliya" (İsrail), "Şole" (Fransa), "Legiya" (Polşa), "Le man Sarze" (Fransa), "Mersin İdman Klubu" (Türkiyə), "Sabah" (Azərbaycan), "Szolnoki" (Macarıstan), "Vurzburq Baskets" (Almaniya)
4-cü səbət: "Karditsa" (Yunanıstan), “MLP Akademiks” (Almaniya), “Pallakanestro”, "Trapani" (hər ikisi İtaliya), "Spartak Ofis Şuz" (Serbiya).