Sabiq "Real"lı Türkiyə klubunda
Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, Superiqa təmsilçisi “Real” və PSJ-nin sabiq hücumçusu Xese Rodriqesi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Real”ının yetirməsi olan Xese bu komandada 5 il çıxış edib. İspan futbolçunun sonuncu komandası “Las Palmas” olub.