Salah "Barselona"ya keçəcək?

Britaniya mətbuatı "Liverpul"un hücumçusu Məhəmməd Salahın gələn yay "Barselona"ya keçəcəyini yazıb.

Sportline.az "Mirror"a istinadən xəbər verir ki, misirli futbolçu Kataloniya klubunun rəhbərliyi ilə danışıb və onlara söz verib ki, 2023-cü ilin iyununda, yəni "Liverpul"la müqaviləsi başa çatanda "Barselona"ya gedəcək.

Mənbənin məlumatına görə, 29 yaşlı futbolçu son 6 aydır ki, "Liverpul"la heç bir danışıq aparmır.

Qeyd edək ki, "Transfermarkt" portalı 2017-ci ildən "Liverpul"da çıxış edən Salahın transfer qiymətini 100 milyon avro dəyərləndirir.