Sanço "Dortmund"a qayıdır
"Çelsi"də icarə əsasında çıxış edən ingiltərəli futbolçu Ceydon Sanço karyerasını yenidən "Dortumd"da davam etdirə bilər.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Sanço "Borussiya Dortmun"da transfer olmaq istəyir.
25 yaşlı vinger müqavilə əsasında "Mançester Yunayted" klubuna məxsusdur.
Qeyd edək ki, Sanço bu mövsüm "Çelsi"nin heyətində çıxış etdiyi 29 matçda 2 qol və 6 asistlə yadda qalıb.