Santi Kazolra "Arsenal"a qayıda bilər

Məhşur ispaniyalı futbolçu Santi Kazolra yenidən İngiltərəyə qayıda bilər.

Sportline.az Soccer-ru-ya istinadla xəbər verir ki, hazırda "Real Ovyedo"da çıxış edən 39 yaşlı yarımmüdafiəçi karyerasını sonlandırdıqdan sonra bu yay "Arsenal"a dönə bilər.

"Topçular"ın baş məşqçisi Mikel Arteta futbolçunu məşqçilər korpusunda çalışmağa dəvət edib.

Qeyd edək ki, Santi Kazorla 2012-2018-ci illərdə London klubunun şərəfini qoruyub.