"Santyaqo Bernabeu"da döyüş gözlənilir

UFC-nin yarımyüngül çəkidə çempionu İliya Topuriya İslam Maxaçevlə döyüşlə bağlı istəyini açıqlayıb.

Sportline.az xəbər verir ki, o, planlaşdırılan duelin Madriddə keçirilməsini arzulayır.

"Maxaçevlə döyüşümüzün "Santyaqo Bernabeu"da keçirilməsini arzulayıram. Bu, ideal variant olardı", deyə Topuriya TASS-a açıqlamasında bildirib.

Qeyd edək ki, İliya Topuriya peşəkar arenada keçirdiyi 28 döyüşün hamısında qələbə qazanıb. 

İslam Maxaçevin hesabında isə 27 qələbə, 1 məğlubiyyət var.