"Sassuolo" hücumçu Lorienteni "Tottenhem"ə satmaq fikrində deyil
"Sassuolo"nun baş direktoru Covanni Karnevali klubun hücumçu Armand Lorienteni "Tottenhem"ə satmaq fikrində olmadığını bildirib.
Sportline.az xəbər verir ki, mütəxəssis bu barədə insayder Fabritsio Romanoya məlumat verib.
“Keçən yay Armand üçün heç bir rəsmi təklif almadıq. Biz Loriente ilə bağlı hər hansı təklifi müzakirə etmək və ya danışıqlara girmək fikrində deyilik”, – deyə Karnevali bildirib.
Loriente 2022-ci ilin avqustundan “Sassuolo”da çıxış edir və komandanın heyətində 35 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib.
"Transfermarkt.com" 24 yaşlı fransızı 18 milyon avro qiymətləndirir.