"Səbail" daha bir futbolçu ilə vidalaşdı
"Səbail" daha bir futbolçusu ilə yolları ayırıb.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Elçin Rəhimli ilə müqavilənin müddətini uzatmamağa qərar verib.
26 yaşlı yarımmüdafiəçinin yeni klubu da böyük ehtimalla, bəllidir. Belə ki, "Kəpəz" Rəhimlini heyətinə qatmaq istəyir.
Qeyd edək ki, "Səbail" mövsüm bitdikdən sonra baş məşqçi Aftandil Hacıyevlə yanaşı, futbolçulardan Camal Araqo, Nikolas Raysel, Domantas Şimkus, Əfran İsmayılov, Mirsayib Abbasov, Cavid Tağıyev, Elxan Əhmədov və İbrahim Aslanlı ilə vidalaşıb.