"Səbail" heyətini gücləndirdi

“Səbail” heyətinə yeni futbolçu cəlb edib.
 
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki Bakı təmsilçisi iranlı yarımmüdafiəçi Bəxtiyar Rəhmaninin transferini həyata keçirib. 29 yaşlı oyunçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. O, yeni klubunda “8” nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Bəxtiyar Rəhmani 2013 və 2014-cü ildə İran yığmasının formasını geyinib. Təbrizin "Traktor" klubunun da şərəfini qorumuş futbolçu son olaraq 2019/20 mövsümündə “Sanat Naft” klubunun formasını geyinib.