"Səbail" sabiq legioneri ilə müqavilə bağlayıb
"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" sabiq yarımüdafiəçisi Emil Martinovu transfer edib.
30 yaşlı bolqarıstanlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Emil Martionov 2018/2019 mövsümündə də "Səbail"in formasını geyinib və Azrəbaycan Premyer Liqasının bürünc medalçısı olub.