"Səbail"də yeni müqavilə

"Səbail" futbolçusu Turan Manafovla müqaviləni yeniləyib. 

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 2024-cü ilin yayınadək yeni müqavilə imzalanıb. 

Qeyd edək ki, Turan 2019-cu ildən "Səbail"də oynayır.