"Səbail" klubunda yeni təyinat
"Səbail"in yeni mətbuat katibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, paytaxt klubunun mətbuat katibi xanım jurnalist olacaq.
Belə ki, mövsümün sonunda klubdan ayrılaraq Futbolun İnkişaf Fonduna keçən Mehriban Mürsəlovanı Sənəm Fərhadova əvəz edəcək. O, sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
Sənəm Fərhadova bundan əvvəl "Futbol+" qəzetində çalışıb.