"Səbail"dən yeni transfer
"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi argentinalı yarımmüdafiəçi Franko Mazureki transfer edib.
29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.